Xəbərlər

İMİŞLİ RAYONUNDA BƏLƏDİYYƏLƏRİN HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSU KEÇİRİLİB

2016-12-01

Ədliyyə Akademiyası tərəfindən İmişli regional ədliyyə şöbəsi ilə birgə dekabrın 1-də İmişli, Beyləqan, Biləsuvar, Saatlı, Füzuli və Zərdab rayonlarının, dekabrın 7-də isə Xaçmaz regional ədliyyə şöbəsi ilə birgə Xaçmaz, Siyəzən, Qusar, Şabran və Quba rayonlarının bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə tədbirləri təşkil edilib.

 

 

Tədris kurslarında ümumilikdə 140-a yaxın bələdiyyə sədrləri, üzvləri və qulluqçuları iştirak ediblər.

 

 

Tədbirlərdə  Bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri mövzularında çıxışlar edilib, mövzularla bağlı müzakirələr aparılıb.