Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2016-12-08

Dekabrın 8-də Ədliyyə Akademiyasında hakimlər üçün “Məhkəmə psixologiyasının aktual məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

22 hakimin iştirak etdiyi kursda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim sektorunun müdiriNazənin Hüseynova, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza şöbəsinin eksperti Vüsal Məmmədov və Ədliyyə Nazirliyi Katibliyinin Vətəndaşların qəbulu şöbəsinin məsləhətçisi (psixoloq) Zülfiyyə Yaqubovanın mühazirələri dinlənilmişdir.

 

Tədris proqramına uyğun olaraq məhkəmə psixologiyasının sosial-hüquqi məsələləri, məhkəmə psixoloji ekspertizasının əsas istiqamətləri, hüquq psixologiyasının aktual problemləri kimi məsələlər hakimlərin diqqətinə çatdırılmışdır.