Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA İCRA MƏMURLARI ÜÇÜN “İCRA İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ” MÖVZUSUNDA İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2017-03-03

İcra məmurları üçün 01-03.03.2017-ci il tarixlərində Ədliyyə Akademiyasında ixtisasartırma kursu keçirilmişdir.

 

İxtisasartırma kursu tədris proqramına uyğun olaraq həyata keçirilmişdir. Tədris proqramına uyğun olaraq “İcra işinin təkmilləşdirilməsi və statistik hesabatların tərtibi”, “Əmlakın siyahıya alınması və ya üzərinə həbs qoyulması zamanı icra məmurları tərəfindən aparılan sənədləşmənin keyfiyyəti ilə CM-nin 303-cü maddəsi üzrə aparılan cinayət təqibi arasında qarşılıqlı əlaqə”, “Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi haqqında Təlimatın tələbləri”, “İcra sənədi üzrə işdə iştirak edən şəxslərə münasibətdə icra məmurunun hüquq və vəzifələri”, “Azərbaycan Respublikası icra qanunvericiliyində son illərdə edilmiş edilmiş dəyişikliklər və onların mahiyyəti”, “İcra məmurları tərəfindən yol verilən xarakterik nöqsanlar və onların aradan qaldırılması üzrə görülən tədbirlər”, “Probasiya (azadlıqdan məhrumetməyə alternativ sanksiyaların tətbiqi)”, “Avropa İnsan hüquqları Məhkəməsinin məhkəmə qərarlarının icrası məsələsinə Avropa Konvensiyası baxımından münasibəti” mövzularında mühazirələr tədris edilmişdir.

 

Proqramda nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının müəllim heyəti və Ədliyyə Nazirliyinin İcra baş idarəsinin müvafiq əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

İxtisasartırma kursunda 18 nəfər dinləyici iştirak etmişdir.