Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA İCRA MƏMURLARI ÜÇÜN “İCRA İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ” MÖVZUSUNDA İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2017-03-15

İcra məmurları üçün 13-15.03.2017-ci il tarixlərində Ədliyyə Akademiyasında ixtisasartırma kursu keçirilmişdir.


İxtisasartırma kursunun tədris proqramına uyğun olaraq “İcra işinin təkmilləşdirilməsi və statistik hesabatların tərtibi”, “Əmlakın siyahıya alınması və ya üzərinə həbs qoyulması zamanı icra məmurları tərəfindən aparılan sənədləşmənin keyfiyyəti ilə CM-nin 303-cü maddəsi üzrə aparılan cinayət təqibi arasında qarşılıqlı əlaqə”, “İcra sənədi üzrə işdə iştirak edən şəxslərə münasibətdə icra məmurunun hüquq və vəzifələri”, “Azərbaycan Respublikası icra qanunvericiliyində son illərdə edilmiş edilmiş dəyişikliklər və onların mahiyyəti”, “ Vergi borclarının alınması ilə bağlı məhkəmə qərarlarının icrasına dair Vergi Məcəlləsinə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər, “Vergi üzrə borcların alınması. Vergi ödəyicilərinin əmlakı hesabına vergilərin tutulması (Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələri), "Avropa İnsan hüquqları Məhkəməsinin məhkəmə qərarlarının icrası məsələsinə Avropa Konvensiyası baxımından münasibəti” mövzuları üzrə mühazirələr oxunmuşdur.


Proqramda nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının müəllimi, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin və Vergilər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

İxtisasartırma kursunda 18 nəfər dinləyici iştirak etmişdir.