Xəbərlər

RAYON (ŞƏHƏR) QEYDİYYAT ŞÖBƏLƏRİNİN VƏ NİKAH EVLƏRİNİN ƏMƏKDAŞLARI ÜÇÜN “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA ARDICIL TƏLİMLƏR HƏYATA KEÇİRİLİR

2017-04-24

Rayon (şəhər) qeydiyyat şöbələrinin və nikah evlərinin əməkdaşları üçün 10.04.2017 və 24.04.2017-ci il tarixlərində Qeydiyyat və notariat baş idarəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilmişdir.

 

Təlim tədris proqramına uyğun olaraq həyata keçirilmişdir. Tədris proqramında “Korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması”, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları və bu Qaydaların pozulmasına görə məsuliyyət” mövzuları üzrə 3 saat mühazirə həcmində tədris yükü nəzərə tutulmuşdur və bu tədris yükü tam yerinə yetirilmişdir.

 

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının müəllim heyəti tərəfindən həyata keçirilmişdir.

 

İxtisasartırma kursunda cəmi 119 nəfər dinləyici iştirak etmişdir.

 

Ədliyyə Akademiyası tərəfindən “Korrupsiyaya qarşı mübarizə” mövzusunda belə ardıcıl təlimlərin bütün ədliyyə işçiləri üçün həyata keçirilməsi planlaşdırılır.