Xəbərlər

SUMQAYIT ŞƏHƏRİNDƏ VƏKİLLƏR ÜÇÜN TƏLİM

2017-09-29

Ədliyyə Akademiyası tərəfindən Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı əsasında həyata keçirilən "Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi" adlı layihənin icrası çərçivəsində paytaxtda və regionlarda silsilə təlimlər təşkil olunur.

 

 

Sentyabrın 28-29-da Sumqayıt şəhərində vəkillər üçün "Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi və ailə həyatına hörmət hüququ) mövzusunda iki günlük  təlim keçirilib.

 

 

Sumqayıt şəhəri və ətraf rayonlardan 35 vəkilin qatıldığı təlimdə müvafiq mövzu üzrə adıçəkilən layihə çərçivəsində keçirilmiş təlimçilər üçün təlim proqramının iştirakçıları tərəfindən mühazirələr oxunub, hüquqşünasları maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.