Xəbərlər

“AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI” ÜZRƏ TƏLİMÇİLƏR ÜÇÜN İKİ GÜNLÜK SEMİNAR TƏŞKİL OLUNMUŞDUR

2017-10-27

26-27 oktyabr tarixlərində Ədliyyə Akademiyası və Avropa Şurası “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı Layihə çərçivəsində təlimçilər üçün pedaqoji bacarıqlarının artırılması məqsədilə “Hyatt Regency” mehmanxanasında iki günlük seminar keçirilmişdir.

 

Seminarda iştirakçılara silsilə təlimlərin keçirilmə təcrübəsinə dair ümumi məlumat verilmiş, treninq metodologiyası sahəsində yeni bacarıqlar, auditoriyada dinləyicilərin ehtiyaclarının öyrənilməsinə barədə yeni biliklər nümayiş etdirilmişdir.

 

Təlim beynəlxalq ekspertlər İvana Roagna (İtaliya Respublikası) və Niku Kretu (Moldova Respublikası) tərəfindən həyata keçirilmişdir.

 

Eyni zamanda, kaskad təlimlərdə qarşıya çıxan problemlərin müzakirəsi aparılmış və onun həlli yollarına dair tövsiyələr edilmişdir.

 

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.