Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2018-11-08

Cari ilin 8 noyabr tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinini 30 oktyabr 2018-ci li tarixli, 587-K nömrəli əmrinə əsasən, keçirilmiş ixtisasartırma kursunda birinci instansiya məhkəməsinin və apelyasiya məhkəməsinin hakimləri olmaqla, ümumilikdə 26 hakim iştirak edib.

 

Tədris kursunda Ali Məhkəmənin hakimi Rahib Nəbizadənin, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Xəyalə Cəmilova, Kəmalə Abiyeva, Vidadi Məmmədov və Rafael Eyvazovun mühazirələri dinlənilib.

 

İxtisasartırma kursunda Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi zamanı yol verilən nöqsanlar, tikinti qaydaları hüququna ümumi giriş, Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri, tikinti obyektlərinin sökülməsi əsasları və bu barədə qərar qəbul etmək səlahiyyəti olan orqanlar, tikintiyə icazə verilməsi sahəsində yaranan mübahisələrə baxılması xüsusiyyətləri kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.