Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA «AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASININ 6-CI MADDƏSİ (ƏDALƏTLİ MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU) CİNAYƏT-HÜQUQİ ASPEKTİ » MÖVZUSUNDA HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2018-12-14

14 dekabr tarixdə “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində Avropa Şurası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə hakimlər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi  (Ədalətli məhkəmə araşdırması hüququ)” Cinayət hüquqi aspekti”  mövzusunda təlim keçirilib.

 

 

Təlimdə Azərbaycan Respublikası Ali və Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvünün mühazirələri dinlənilib.

 

 

Təlim iştirakçılarının diqqətinə 6-cı maddənin tətbiq dairəsi: “Cinayət ittihamı” anlayışı , məhkəməyə çatımlılıq, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə, çəkişmə prinsipi, tərəflərin bərabərliyi, açıq məhkəmə araşdırması , işə "ağlabatan müddətdə" baxılması, əsaslandırılmış məhkəmə qərarı, təqsirsizlik prezumpsiyası, susmaq hüququ və öz əleyhinə ifadə verməmək hüququ, müdafiə hüquqları , müdafiənin hazırlanması üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya müdafiəçinin yardımı ilə müdafiə olunmaq, müdafiə hüquqları, nədə təqsirləndirildiyi barədə dərhal məlumatlandırılmaq, şa­hid­lə­rin din­dir­ilməsi, tərcüməçi ilə təmin olunmaq hüququ kimi mövzular çatdırılıb.