Xəbərlər

BAKIDA VƏ REGİONLARDA BƏLƏDİYYƏLƏR ÜÇÜN TƏDRİS KURSLARI KEÇİRİLİR.

2018-12-20

11 və 14 dekabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün Ədliyyə Akademiyasında tədris kursları keçirilib.

 

18 və 20 dekabr tarixlərində  isə  Sumqayıt regional ədliyyə idarəsi ilə birgə Sumqayıt şəhərində bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi  maarifləndirilməsi məqsədilə tədris kursları  təşkil edilib.

 

Ədliyyə  Akademiyası tərəfindən hazırlanmış və Bələdiyyələrlə  iş  Mərkəzi  ilə razılaşdırılmış proqrama əsasən “İnzibati aktın forması, inzibati akta dair ümumi tələblər, inzibati aktların icra edilmə qaydası”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları, bələdiyyə qulluğuna qəbul prossesində şəffaflığın təmin edilməsi”  mövzularında mühazirələr dinləyicilərin diqqətinə çatdırlıb.

 

Təlimlərdə ümumilikdə 81 nəfər dinləyici iştirak edib.