Xəbərlər

İKT ÜZRƏ HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2018-11-16

Cari ilin 16 noyabr tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hakimlər üçün “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 noyabr 2018-ci il tarixli, 605-K nömrəli əmrinə əsasən, keçirilmiş ixtisasartırma kursunda birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hakimləri olmaqla, ümumilikdə 13 hakim iştirak edib.

 

 

Tədris kursunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim sektorunun müdiri Nazənin Hüseynova, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Dövlət reyestrləri idarəsinin aparıcı məsləhətçisi Xalidə Əlisoy, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakim köməkçisi Rəşad Əliyev və elektron məhkəmə sistemi üzrə köməkçi Elnarə Bağırovanın təqdimatları dinlənilib.

 

 

İxtisasartırma kursunda müasir idarəetmənin sosial-hüquqi aspektləri, məhkəmələrdə  müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əsasları, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının ədalət mühakiməsinin həyata keçirilməsində rolu, elektron hökümət kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.