Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA TƏLİMLƏR KEÇİRİLİB

2018-11-21

Cari ilin 16 noyabr tarixində Məhkəmə ekspertizası mərkəzinin əməkdaşları üçün və 21 noyabr tarixində Penitensiar xidmətin əməkdaşları üçün Ədliyyə Akademiyasında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib.

 

Təlimlərdə müvafiq proqram üzrə “Ədliyyə orqanları işçilərinin etik davranış qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması” mövzularında mühazirələr deyilib.

 

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının müvafiq əməkdaşları tərəfindən həyata keçirilib.

 

Təlimlərdə 29 nəfər Məhkəmə ekspertizası mərkəzinin əməkdaşları və 30 nəfər Penitensiar xidmətin əməkdaşları olmaqla ümumilikdə 59 nəfər dinləyici iştirak edib.