Xəbərlər

BAKI VƏ ABŞERON BƏLƏDİYYƏLƏRİ ÜÇÜN ƏDLİYYƏ AKADEMİYASINDA TƏDRİS KURSLARI KEÇİRİLİB

2018-11-29

Bakı və Abşeron ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə cari ilin 26 və 29 noyabr tarixlərində Ədliyyə Akademiyasında tədris kursları keçirilib.

 

Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və Bələdiyyələrlə iş mərkəzi ilə razılaşdırılmış proqrama əsasən həyata keçirilmişdir. Müvafiq proqrama əsasən tədris kurslarında “İnzibati aktın forması, inzibati akta dair ümumi tələblər, inzibati aktların icra edilmə qaydası”, “Bələdiyyələrin maliyyə fəaliyyətinin hüquqi əsasları”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” və “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzularında mühazirələr oxunub.

 

Tədris kurslarında ümumilikdə 28 nəfər iştirak edib.