Xəbərlər

PENİTENSİAR XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİM KEÇİRİLİB

2018-11-28

Cari ilin 28 noyabr tarixində Ədliyyə Akademiyasında “Ünsiyyət psixologiyası” mövzusunda Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirilib.

 

Tədris proqramına müvafiq olaraq təlimdə “Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər. Konfliktlər və onların həlli metodları”,”Azərbaycan ədliyyəsi:  müstəqillik dövründə”, “Vətəndaşların ədliyyə işçiləri tərəfindən qəbulu zamanı yaranan problemlər və ünsiyyət psixologiyası” mövzularında mühazirələr deyilib.

 

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının və Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq əməkdaşları tərəfindən həyata keçirilib.

 

Təlimdə 31 nəfər dinləyici iştirak edib.