Xəbərlər

HAKİMLƏR ÜÇÜN ŞƏXSİ HƏYAT HÜQUQU İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

2018-11-30

Cari ilin 30 noyabr tarixində “Pullman Baku” mehmanxanasının konfrans zalında hakimlər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi həyata və ailə həyatına hörmət hüququ)” mövzusunda təlim keçirilib.

 

21 hakimin iştirak etdiyi təlimdə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elnur  Həsənov, Abiddin Hüseynov və  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyevanın təqdimatları dinlənilib.

 

Təlim zamanı Konvensiyanın 8-ci maddəsinin əhatə dairəsi, maddənin tətbiqi ilə bağlı yoxlamanın ilk mərhələsi, maddənin aspektləri:  şəxsi həyat və ailə həyatı, mənzilə hörmət hüququ və yazışma sirrinin toxunulmazlığı hüququ, 8-ci maddə üzrə geri çəkilmə müddəası: dövlətin mülahizə sərbəstliyi, pozitiv və neqativ öhdəliklər, 8-ci maddənin Konvensiyanın digər maddələri ilə qarşılıqlı əlaqəsi kimi məsələlər hakimlərin diqqətinə çatdırılmış, bır sıra  kazusların müzakirəsi aparılıb.