Xəbərlər

DÜNYA BANKININ BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI İLƏ BİRGƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2018-12-13

Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə bu ilin 10-13 dekabr tarixlərində Ədliyyə Akademiyasında hakimlər üçün Daşınar əmlakın yüklülüyümövzusunda təlim keçirilib.

Tədbirin açılışında Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov, Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Mərkəzi Asiyada və Azərb aycanda maliyyə infrastrukturunun möhkəmləndirilməsi (ACAFI) üzrə layihəsinin  Azərbaycandakı nümayəndəsi Teymur Heybətov, İsveçrə Əməkdaşlıq Təşkilatının (SCO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Dr. Simone Haebrli və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov çıxış etmişlər. Təlimdə Apellyasiya və birinci instansiya məhkəmələri hakimləri iştirak etmişlər.

Bildirilmişdir ki, Azərbaycan Daşınar əmlakın yüklülüyü haqqında Qanunu 2017-ci ilin may ayında qəbul etmişdir və daşınar əmlakın yüklülüyü haqqında  dövlət reyestri 2018-ci ilin mart ayından fəaliyyətə başlamışdır. Təlim əsas məqsədi hakimlər tərəfindən  yeni qanunun tətbiqinin və reyestrə daxil edilən məlumatların istifadə etməsinin asanlaşdırımasından ibarətdir.

Təlimdə daşınar əmlakın yüklülüyünü tənzimləyən qanunvericiliyin  islahatı, kiçik və orta sahibkarların maliyyəyə çıxışının asanlaşdırılması ilə bağlı qanunvericlikdə bir sıra yenilikləri tətbiq edilməsi (məsələn, gələcək əmlakın girov qoyulması),tutmanın yönəldilməsi haqqında müddəaların hakimlər tərəfindən düzgün tətbiqi məsələləri araşdırılmışdır.

Tədbirdə xarici və yerli ekspertlərin, o cümlədən Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Kanadadan və Azərbaycandan olan mütəxəssislərin  təqdimatları dinlənilib, daşınar əmlakın yüklülüyünün dövlət reyestri, qüvvədə olan qanunvericilik aktlarına dəyişikliklər, bu sahədə Kanada təcrübəsi, müqayisəli təhlillər əsasında daşınar əmlakın yüklülüyünə dair digər beynəlxalq hüquqi məsələlər, xüsusilə UNCITRAL Model Qanunu kimi mövzular barədə geniş müzakirələr aparılıb.