Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN “MƏHKƏMƏ FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA YÖNƏLMİŞ TƏDBİRLƏR” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM BARƏDƏ

2019-01-25

Cari ilin 25 yanvar tarixində Ədliyyə Akademiyasında məhkəmə aparatı işçiləri üçün “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” mövzusunda təlim keçirilib.

Məhkəmə aparatı işçiləri üçün keçirilən təlimin proqramına uyğun olaraq  “Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ). CEPEJ alətlərinin və standartlarının anlayışı və onların məhkəmələrin səmərəli idarə edilməsində rolu”, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanunu”, “Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri”, “Dövlət qulluqçularının korrupsiyaya qarşı davranışı və maraqların toqquşması” kimi mövzular dinləyicilərin diqqətinə çatdırlıb.

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin hakimi, “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi”nin nümayəndələri, Ədliyyə Akademiyasının əməkdaşı tərəfindən həyata keçirilib.

Təlimdə Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan rayon məhkəmələri və inzibati-iqtisadi məhkəmələrindən ümumilikdə 27 nəfər məhkəmə aparatı işçisi iştirak edib.