Xəbərlər

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSLARI KEÇİRİLİB

2019-02-21

Ədliyyə Akademiyası və Bələdiyyələrlə iş mərkəzinin birgə təşkilatçılığı ilə 18 fevral tarixində Ədliyyə Akademiyasında, 21 fevral tarixində isə Şirvan regional ədliyyə idarəsində bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi  maarifləndirilməsi məqsədilə tədris kursu keçirilib.

Ümumilikdə 83 nəfərin iştirak etdiyi tədris kurslarında “Bələdiyyə mülkiyyəti, əmlak təminatı və mülkiyyət toxunulmazlığı. Bələdiyyə mülkiyyətinə dair Avropa Şurasının sənədləri ”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi”,  “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”mvə “ Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüququ tənzimlənməsi”mövzuları üzrə   mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.