Xəbərlər

BEYNƏLXALQ MIQRASIYA TƏŞKILATI VƏ ƏDLIYYƏ AKADEMIYASININ BIRGƏ TƏŞKILATÇILIĞI ILƏ BEYNƏLXALQ KONFRANS KEÇIRILIB

2019-04-04

3-4 aprel tarixlərində Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “İnsan alveri ilə mübarizədə cinayət təqibi orqanlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyində Əməliyyatlar şöbəsinin rəhbəri, müşavir Simona Gatti, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən, baş ədliyyə müşaviri Elçin Xələfov açılış nitqi ilə çıxış etdilər.

Konfransda Rumıniya, Bolqarıstan, Şimali Makedoniya, Almaniya, Ukraynadan, Moldovadan olan iştirakçılarının, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin, BMqT-nin və Eurojust təşkilatı nın nümayəndələrinin, o cümlədən yerli ekspertlərin təqdimatları iştirakçıların diqqətinə çatdırılıb.

Azərbaycanda insan alveri ilə mübarizə sahəsində qanunvericilik və yerli təcrübə, Belarus Respublikasında insan alverinə qarşı mübarizə: qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi, “Eurojust” təşkilatının insan alveri ilə mübarizə sahəsində fəaliyyəti, insan alveri cinayətlərinin təqibi sahəsində ən yaxşı təcrübə və çətinliklər, Almaniyada Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə, insan alveri üzrə cinayətlərinin məhkəmə dinləmələrinin praktiki aspektləri: Ukraynada hakimlərin təlimləndirilməsi, insan alverinə məruz qalmış şəxslərin müdafiəsi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan alverinə qarşı mübarizə sahəsində hakimlərin və prokurorların təlimləndirilməsi, Dünya Polisinin Beynəlxalq Cinayətlər ilə mübarizədə qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməsi imkanları, İsveçdə yurisdiksiya və beynəlxalq əməkdaşlıq kimi məsələlər barədə müxtəlif ölkələrdən olan ekspertlər konfrans iştirakçılarını məlumatlandırdılar.

Tədbirin yekununda konfrans iştirakçıları üçün mədəni proqram da təşkil olunmuş, qonaqlar üçün Heydər Əliyev Mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilib.