Xəbərlər

GƏNCƏDƏ MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-05-30

30 may 2019-cu il tarixdə Ədliyyə Akademiyası tərəfindən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində məhkəmə aparatı işçiləri üçün “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” mövzusunda təlim keçirilib.

Təlim zamanı “Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri”, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı”, “Dövlət qulluqçularının korrupsiyaya qarşı davranışı və maraqların toqquşması”barədə mövzular tədris olunub.

Ümumilikdə 32 nəfər məhkəmə aparatı işçisinin iştirak etdiyi təlimin tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Nazirliyi “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi” icra qrupunun üzvləri və Ədliyyə Akademiyasının Elmi-tədqiqat və doktorantura şöbəsinin rəisi tərəfindən həyata keçirilib.

Təlimin sonunda tədris olunan mövzulara, dərsləri tədris edən müəllimlərə, eləcə də təlimin təşkilinə münasibətlərini öyrənmək məqsədilə dinləyicilər arasında anonim sorğu aparılıb.