ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

2019-07-26

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

Xəbərlər

“Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” Fərmanı ədliyyə islahatlarının “yol xəritəsi” kimi” mövzusunda məruzə ilə çıxış edən Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi, hakimlərin seçki komitəsinin üzvü Elçin Qasımov bildirib ki, ədliyyə və məhkəmə sisteminin gələcək inkişafının strateji prioritetlərini müəyyən edən bu Fərman həm də müstəsna əhəmiyyətə malik "yol xəritəsi" olmaqla proqram xarakteri daşıyır. O deyib ki, Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyinin artırılması və süründürməçiliyin aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması kimi problemlərin həlli istiqamətində qarşıya mühüm vəzifələr qoyub.

Nazirliyin idarə rəisi vurğulayıb ki, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrup yaradılaraq qarşıya qoyulmuş məsələlər üzrə təhlillər aparılıb, beynəlxalq təcrübə öyrənilib, kompleks qanunvericilik, institusional və praktiki tədbirlərə dair birgə təkliflər hazırlanıb, digər tədbirlər həyata keçirilib. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə qanunvericiliyə dekriminallaşdırma ilə bağlı edilmiş dəyişikliklər nəticəsində 5 minə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faiz azalıb.

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bildirib ki, Fərmanla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə birgə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, sahibkarlığın inkişafı və Fərmanın icrasından irəli gələn digər məsələlər üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş maarifləndirmə tədbirləri keçirilib. Ötən 3 ay ərzində Ədliyyə Nazirliyində, həmçinin Dünya Bankı, Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Sahibkarlar Konfederasiyası, Vəkillər Kollegiyası ilə birgə, habelə Gəncədə və Lənkəranda, o cümlədən Lənkəran Dövlət Universitetində məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinə dair 8 ictimai müzakirə, 3 dəyirmi masa, 2 ictimai təqdimat və 1 brifinq keçirilib. Tədbirlərdə nazirliyin rəhbərliyi və məsul işçiləri, Prezident Administrasiyasının, Məhkəmə-Hüquq Şurasının, Mətbuat Şurasının rəhbər şəxsləri, Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları, vəkillər və digər hüquqşünaslar, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyətinin digər nümayəndələri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, KİV rəhbərləri, alimlər, sahibkarlar, gənclər və tələbələr iştirak ediblər. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində Fərmanın icrası üzrə ötən 3 ayda görülmüş işlər barədə ictimaiyyətə geniş məlumat verib.

Bakı Dövlət Universitetinin professoru Xəyyam İsmayılov və digər məruzəçilər Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarından danışıblar. Qeyd ediblər ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş qanunlar ölkəmizin məhkəmə sisteminin daha səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq.