Xəbərlər

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARI ÜÇÜN KURSLAR KEÇİRİLİB

2019-09-26

Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə Ədliyyə Akademiyasında tədris kursu keçirilib.

Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə təşkil edilən tədris kursunda 21 nəfər dinləyici qismində iştirak edib. Tədris kursunda “Çoxmənzilli binaların idarə edilməsi sahəsində bələdiyyələrin rolu”, “Yerli turizmin, eləcə də tibbi turizmin təşkilində bələdiyyələrin iştirakı”, Sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakı”, “Vergi uçotunun qurulması, yerli vergi və ödənişlərin nəğdsiz ödəmə vasitəsilə həyata keçirilməsi”, “Beynəlxalq təcrübəyə əsasən insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” kimi mühazirələr iştirakçıların diqqətinə çatdırılıb.

Tədris kursunun proqramına əsasən mühazirələrin tədrisini Bakı Dövlət Universitetinin dosenti və Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən həyata keçirilib.

Həmçinin Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Bələdiyyələrlə iş mərkəzinin birgə təşkilatçılığı ilə Göyçay rayonunda bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə  tədris kursu təşkil edilib.

Tədris kursu Göyçay regional ədliyyə idarəsinin inzibati binasında keçirilib. 59 nəfər dinləyicinin iştirak etdiyi təlimdə. “Bələdiyyə mülkiyyəti, əmlak təminatı və mülkiyyət toxunulmazlığı. Bələdiyyə mülkiyyətinə dair Avropa Şurasının sənədləri”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüquqi tənzimlənməsı”, “Bələdiyyələrdə arxiv işinin təşkili”, mövzuları üzrə mühazirələr dinlənilib.