Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-09-20

 

Ədliyyə Akademiyasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq məsələləri mövzusunda təlim keçirilib.

14 vəkilin cəlb edildiyi  təlimdə  Bakı Apellyasiya Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyi “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi”nin icrasına nəzarət üzrə mütəxəssisi və Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları idarəsinin əməkdaşının təqdimatları dinllənilib.

Təlimdə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı”, ”Məhkəmələrdə  müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əsasları və “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının ədalət mühakiməsinin həyata keçirilməsində rolu” və “Elektron hökümət” mövzuları işıqlandırılıb.