Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA İCRA MƏMURLARI ÜÇÜN ARDICIL İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-10-25

Ədliyyə Akademiyasında oktyabr ayı ərzində icra məmurları üçün “Elektron icra sistemindən istifadə qaydaları ” mövzusunda iki təlim keçirilib.

Ümumilikdə 21 nəfər icra məmurunun iştirak etdiyi kursda “Qiymətləndirmə və hərracın keçirilməsi”, “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”, “Elektron icra sisteminin tətbiqi qaydaları” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

 Həmçinin oktyabr ayında icra məmurları üçün “Hüquqi və fiziki şəxslərin borclu olduğu icra sənədləri üzrə məcburi icra tədbirləri” mövzusunda təlim keçirilib..

22  nəfər icra məmurunun iştirak etdiyi təlimdə  “ Hüquqi şəxslərin borclu olduğu icra sənədlərinin icrası xüsusiyyətləri”, “Tələbin borcluda aşkar edilmiş əmlaklara yönləndirilməsi ardıcıllığı”, ”Borclunun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi əsasları” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

Tədris proqramlarında nəzərdə tutulmuş mövzuların tədrisi İcra baş idarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.