Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-11-18

Ədliyyə Akademiyasında Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan məhkəmələrin aparat işçiləri üçün  təlim keçirilib.

Təlim zamanı “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırılması hüququ)”, “Korrupsiya əleyhinə mübarizə”, CEPEJ alətlərinə və metodologiyasına uyğun məhkəmə fəaliyyəti ilə bağlı hesabatların tərtibibarədə mövzular tədris olunub.

Ümumilikdə 31 nəfər dinləyicinin iştirak etdiyi təlimdə  mövzuların tədrisi Ədliyyə Akademiyasının və Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilib.