Xəbərlər

Ədliyyə naziri tərəfindən vətəndaşların videoqəbulu keçirilib

2021-03-19

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması daim diqqətdə saxlanılır, pandemiya şəraiti ilə əlaqədar müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir.Martın 18-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.Videoqəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı və digər müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib. Müraciətlərin dinlənilməsinin videoformatda təşkili vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb.Nazir həmçinin, qəbulda iştirak edən şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Vətəndaşlar şəhid ailələrinin və yaralı hərbçilərimizin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq onların müraciətlərinə həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı