Xəbərlər

VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLƏRİ ÜÇÜN KEÇİRİLƏCƏK CARİ TƏLİMLƏRİN AÇILIŞ TƏDBİRİ KEÇİRIİLİB

2021-06-09

26 may tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Prosessual sənədlər və çağdaş tələblər” mövzusunda keçiriləcək cari təlimlərin açılış tədbiri keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin, vəkilliyə namizədlərin tədrisində Ədliyyə Akademiyası ilə əməkdaşlığın yüksək səviyyədə qurulduğunu, gələcəkdə vəkillərin tədrisində Ədliyyə Akademiyasının bu sahədə təcrübəsindən yararlanmağın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Açılış nitqi ilə çıxış edən Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Ədliyyə Akademiyasının Vəkillər Kollegiyası ilə birgə əməkdaşlığından məmnun olduğunu, gələcəkdə də bu əməkdaşlığın gücləndirilməsi yolunda tədbirlər görüləcəyini qeyd edib. E. Xələfov, Akademiya tərəfindən son 6 ay ərzində keçirilmiş vəkilliyə namizədlərin icbari təlimi, vəkillərin peşə hazırlığı və davamlı ixtisasartırma təlimləri barədə ətraflı məlumat verib, Ədliyyə Akademiyanın Kollegiya ilə yalnız vəkillərin tədrisi ilə bağlı deyil, həmçinin pulsuz hüquqi yardımla bağlı təcrübələrin paylaşılmasında da birgə əməkdaşlıq qurulacağını vurğulayıb.. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru, Vəkillər Kollegiyasının İntizam Komissiyasının Sədri Şahmar Məmmədov, Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyətindən bəhs edib, vəkillərin və vəkil köməkçilərinin tədrisinin prioritet olduğunu, vəkillər üçün keçiriləcək cari təlimlərin mövzusunun aktuallığı və vəkillərin gələcək fəaliyyətində faydasınıqeyd edib..

Ədliyyə Akademiyası