Xəbərlər

Avropa Şurasinin Kibercinayətkarliq Üzrə Proqram Ofisinin Və Ədliyyə Akademiyasinin İlə Birgə Təşkilatçiliği Distant Təlimlər Keçirilib

2021-06-25

Avropa Şurasının Kibercinayətkarlıq üzrə Proqram ofisi (C-PROC) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər, prokurorlar və ədliyyə işçiləri üçün davamlı təlimlər keçirilir. İlkin olaraq may ayında hakimlər və ədliyyə işçiləri üçün “Kibercinayətlər və elektron dəlillər” mövzusunda 4 günlük təlim təşkil edilib. Təlimdə Ədliyyə Nazirliyinin mərkəzi aparatının, Ədliyyə Akademiyasının, Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları və birinci instansiyası məhkəmələrinin hakimləri olmaqla 30-dək dinləyici iştirak etmişdir. KUDO platforması vasitəsilə onlayn formatda keçirilən təlimdə Avropa Şurasının ekspertləri Branko Stamenkovic və Hania ElHelweh kibercinayətkarlıqla əlaqəli əsas mövzu və anlayışlar, elektron dəlillər, bu sahədə beynəlxalq əməkdaşlığa dair məsələlər və Kibercinayətkarlıq üzrə Budapeşt Konvensiyasının müddəaları barədə məlumat veriblər. Həmçinin kibercinayətlərin istintaqı və kibercinayətkarlıqla bağlı elektron dəlillərin təhlilində tələb olunan əsas bacarıq və biliklərin inkişaf etdirilməsi məqsədilə təlim zamanı bir sıra kazuslar da müzakirə edilib. Təlimin davamı olaraq ötən günlərdə 15-dək hakim, prokuror və ədliyyə işçisinin iştirakı ilə “Kibercinayətkarlıq haqqında qanun – milli tətbiq və elektron sübutların toplanması və mümkünlüyü” mözusunda distant formada təlim keçirilib. Təlimdə cinayət işləri üzrə hakim Angela Marques Rodriques Milli Kiber Cinayət Qanunu və Maddi cinayət qanunu, Filippin Ali Məhkəməsi hakimi Rainelda Montesa Filippin Kibercinayət Mənzərəsi,Şimali Makedoniya Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Katerina Jovanovska Rəqəmsal məhkəməyə giriş - elektron dəlillərin toplanması və saxlanması mövzusunda əsas bacarıq və biliklərin inkişaf etdirilməsi məqsədilə hərtərəfli çıxış ediblər.

Ədliyyə Akademiyası