Xəbərlər

Ədliyyə Orqanlarına Qulluğa Qəbulla Bağlı Növbəti Müsabiqənin Nəticələri Üzrə Namizədlər İcbari Təlimə Buraxılmışlar

2021-07-09

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin kadr korpusunun yeni nəsil mütəxəssislərlə möhkəmləndirilməsi, onların layiqli ədliyyə işçisi kimi formalaşması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarına gənc hüquqşünasların qulluğa qəbulu ilə bağlı aşkarlıq şəraitində, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mütəmadi müsabiqələr keçirilir. Bu tədbirlər çərçivəsində bölgələrdə yerləşən nazirliyin icra və probasiya, həmçinin qeydiyyat qurumlarında mövcud (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş növbəti müsabiqə üzrə test imtahanından uğur qazanmış 80 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılmışdır. Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi bu mərhələdə 52 nəfər zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların iyul ayının 14-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir. Bu təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar. İcbari təlimdə iştirakla bağlı namizədlər Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31). Aidiyyəti məsələlərlə əlaqədar Nazirliyə müraciət edilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az).

Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:

1. Abasova Nigar Mirzəxan qızı

2. Almuradova Nərmin Rasim qızı

3. Aslanlı Vasif Məmmədəli oğlu

4. Aslanova Ruqiyyə Arif qızı

5. Aydınlı Azad Rəhman oğlu

6. Bağırova Vüsalə Oruc qızı

7. Bayramlı Ləman Bünyad qızı

8. Bayramova Fatimə Ədalət qızı

9. Cavadlı Məqsəd Mehman oğlu

10. Cəfərov Bəhram Gündüz oğlu

11. Dəmirçiyev Vüqar Akif oğlu

12. Əhmədzadə Tərlan Mehman oğlu

13. Ələkbərli İlkin Qənbər oğlu

14. Əliyev Fərid Akif oğlu

15. Əliyeva Fidan Müşfiq qızı

16. Əliyeva Sevinc Kamil qızı

17. Gözəlov Vüqar Məzahir oğlu

18. Həsrətova Dinara Telman qızı

19. Hüseynov Yusif Arzuman oğlu

20. Hüseynzadə Qəmərxanım Tahir qızı

21. İsalı Aytac Vəli qızı

22. İsayeva Dilarə Elşən qızı

23. İsmayılova Zəminə İsmayıl qızı

24. Kazımlı Erol Nəriman oğlu

25. Kazımlı Məryəm Təyyar qızı

26. Kərimli İsmayıl Aslan oğlu

27. Kərimov Kərim Zeynalabdın oğlu

28. Qasımov Emin Arif oğlu

29. Qələmzadə Ulduz Firdovsi qızı

30. Quliyeva Lalə Asif qızı

31. Məmmədli Cavid Elxan oğlu

32. Məmmədli Nicat Qara oğlu

33. Məmmədov Xəyal Tahir oğlu

34. Məmmədov Şamxal Niyazi oğlu

35. Məmmədova Aysel Azər qızı

36. Məşədiyeva Samirə Ramiz qızı

37. Mikayılov Xalid Nizami oğlu

38. Musayev Elbrus İbrahim oğlu

39. Musayeva Təliə Ərəstun qızı

40. Mustafazadə Azər Nazim oğlu

41. Nəcəfli Natiq Sahib oğlu

42. Nəsirov Elvin Firuddin oğlu

43. Nuri Fidan Vahid qızı

44. Rüstəmova Aytac Arif qızı

45. Soltanov Arif Mehman oğlu

46. Süleymanlı Qönçə Zakir qızı

47. Şərifova Ruqiyə Yusif qızı

48. Şıxəlili Cavid Safayıl oğlu

49. Tağızadə Kənan Azər oğlu

50. Verdiyev Asim İlqar oğlu

51. Zeynallı Çinarə İbrahim qızı

52. Zeynalov Samir Adil oğlu