Xəbərlər

Ədliyyə Akademiyasında Zəfər gününə həsr olunan kitab təqdimatı keçirilib

2021-11-12

Zəfər bayramı ilə əlaqədar olaraq Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Böyük Qələbə münasibəti ilə Nazirliyin və Akademiyanın əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin, alimlərin və  ədliyyə könüllərinin iştirakı ilə videokonfrans formatında “Ermənistanın hərbi təcavüzü və Azərbaycanın əks-hücüm əməliyyatları (beynəlxalq hüquqi məsələlər)” kitabının ictimai təqdimatı keçirilib. Tədbirdə çıxış edən Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qələbə ilə başa çatan Vətən müharibəsinin nəticələrindən danışıb, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş qəhrəman övladlarımızın misilsiz şücaətini qeyd edib, post-konflikt dövründə ölkəmizdə görülən məqsədyönlü tədbirləri və bu sahədə aparılan elmi-tədqiqat əsərlərinin əhəmiyyətini vurğulayıb.Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizin əks-hücum əməliyyatları - 44 günlük müharibə ilə bağlı Ədliyyə Akademiyası tərəfindən də elmi tədqiqatların aparıldığı vurğulanaraq, Ermənistanın hərbi təcavüzü və digər beynəlxalq cinayətlərinə dair Akademiyanın müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov tərəfindən “Ermənistanın hərbi təcavüzü və Azərbaycanın əks-hücüm əməliyyatları (beynəlxalq hüquqi məsələlər)” kitabının hazırlanaraq nəşr edildiyi diqqətə çatdırılıb, əsərin elmi əhəmiyyəti ilə bağlı fikirlərsöylənilib, gələcəkdə kitabın müxtəlif xarici dillərə tərcümə edilərək yayımının və bu cür tədqiqatların davam etdirilməsinin zəruriliyi qeyd olunub.Hüquq üzrə elmlər doktoru, prof. Əfsər Sadıqovun və hüquq elmləri üzrə fəlsəfə doktoru, dos. Rahim Məmmədovun elmi redaktoru olduğu kitab Ermənistanın hərbi təcavüzünün tarixinə, 2020-ci ildə Gəncə, Bərdə, Tərtər və digər rayonlarımıza Ermənistanın tərəfindən edilən raket hücumlarının,erməni təcavüzünə qarşı ölkəmizin apardığı 44 günlük əks-hücum əməliyyatlarının beynəlxalq hüquqi tərəflərinə və ermənilərin transmilli cinayətlərinin beynəlxalq və milli məhkəmələrdə mühakimə məsələlərinə həsr olunub.