Xəbərlər

İnsan Hüquqları Günü Münasibətilə Avropa Şurasının Bakı Ofisinin Təşkilatçılığı İlə Onlayn Tədbir Keçirilmişdir

2021-12-13

 10 dekabr tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və Avropa Şurası Katibliyinin baş hüquqşünası Xaqani Quliyev tərəfindən canlı yayım vasitəsilə interaktiv təqdimat keçirilmişdir. Tədbirdə BDU, ADA universitetinin tələbələri, Ədliyyə Akademiyasının nümayəndələri, Vəkillər Kollegiyasının üzvləri və vəkilliyə namizədlər iştirak etmişlər. Avropa Şurası Səlahiyyətlərin gücləndirilməsi və əməkdaşlıq layihələri şöbəsinin Gender Bərabərliyi Bölməsinin nümayəndəsi Pərvanə Bayramova Beynəlxalq İnsan Haqları Günü münasibətilə hüquq mütəxəssislərini təbrik etmiş, tədbirin əhəmiyyətini qeyd etmişdir.Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov üzv dövlətlərdə hüququn aliliyi, hüquqi dövlət, insan hüquqları və hakimiyyətlərin bölünməsi prinsipinin vacibliyini bildirmiş, dövlətdaxili hüququn hüquq mütəxəssisləri tərəfindən düzgün tətbiq edilməsinin mühüm əhəməyyət kəsb etdiyini bildirmişdir. Hakim bildirmişdir ki, Avropa İnsan Hüquqları Konvensiyasına 16 saylı Protokolun Azərbaycan tərəfindən imzalanması, insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq mexanizmlərin dövlətdaxili hüquqda mühüm rol oynadığını göstərir. Avropa Şurası Katibliyinin baş hüquqşünası Xaqani Quliyev Konvensaiyanın qəbulunun İnsan Hüquqlarının müdafisəi sahəsində əhəmiyyətli addım olduğunu, Məhkəmənin keçmiş strukturu, Konvensiyaya 14 saylı Protokolla edilmiş struktur dəyişiklikləri, tək hakimin Məhkəməyə edilən müraciətlərin qəbuledilənliyində rolunu vurğulamışdır. Bundan başqa, hüquqşünas Məhkəmənin təşəkkül təcrübəsi əsasında dostcasına həll, üzv dövlətlərin siyasi iradəsinin ərizələrə dostcasına-həll yolu ilə baxılması və işlərin siyahıdan çıxarılması, Konvensiyaya 15 saylı Protokolla Məhkəməyə müraciətlərin 6 aylıq müddətdən 4 aya endirilməsi, Azərbaycan hökumətinə qarşı edilən müraciətlərin statistikası barədə məlumat vermişdir. Tədbirin gedişatında facebook vasitəsilə canlı yayıma qoşulan iştirakçılar tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi ilə bağlı müxtəlif məzmunlu suallar ünvanlanmış və mütəxəssislər tərəfindən cavablandırılmışdır.

 

 

 

 

Ədliyyə Akademiyası