Xəbərlər

"Müqavilələrin İcrası, Mübahisələrin Həlli, Müəssisənin Bağlanması Və Müflisləşmə, Məhkəmə Sistemi Və Hüququn Aliliyi" İşçi Qrupunun Növbəti İclası Keçirilib

2021-12-14

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun dekabrın 14-də videokonfrans formatında növbəti iclası keçirilib. Tədbirə Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nümayəndələri qatılıblar. İclasda işçi qrupunun əvvəlki iclaslarının protokollarına əsasən qərara alınmış tədbirlərin və 2021-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti, 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib. Tədbirdə səsləndirilmiş təkliflər əsasında Fəaliyyət Planının layihəsinin təkmilləşdirilməsi qərara alınıb.