Xəbərlər

İstehlakçıların Hüquqlarının Müdafiəsi İlə Bağlı Mediatorlar Üçün Təlimlər Keçirilir

2021-12-21

 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar mübahisəli məsələlərin həllinə dair maarifləndirmə kurslarının açılışı olub. Açılışda çıxış edən Dövlət Xidmətinin rəis müavini, rəisi vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov bu cür təlimlərin əhəmiyyətindən danışaraq Dövlət Xidmətinin mediatorların peşəkarlığının artırılması istiqamətində Mediasiya Şurası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacib olduğunu, daim bu istiqamətdə dəstək göstəriləcəyini bildirib. Qeyd edib ki, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri keyfiyyət infrastrukturunun qurulmasından başlayaraq istehlak bazarında rəqabətin təmin olunmasınadək geniş spektri əhatə etməklə nəticədə istehlakçı məmnuniyyətinin təmin edilməsinə yönəlib. Dövlət Xidməti tərəfindən  istehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətiz və insan sağlamlığı üçün təhlükəli qeyri-ərzaq mallarından qorunması istiqamətində həyata keçirilən müxtəlif nəzarət tədbirləri barədə məlumat verib. Əlavə edib ki, 2021-ci ilin 11 ayı ərzində istehlakçı hüquqlarının pozulması ilə bağlı Dövlət Xidmətinə 4500-ə yaxın müraciət daxil olub. Bu müddət ərzində müraciətlərin müsbət həlli nəticəsində istehlakçıların 330 000 manatdan artıq məbləğində tələbləri təmin edilib. Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” ilə qarşıda duran vəzifələrdən biri dəAzərbaycanda mediasiya institutunun yaradılması üzrə tədbirlərin davam etdirilməsi, o cümlədən bu fəaliyyəti tənzimləyən normativ bazanın formalaşdırılmasının, beynəlxalq təşkilatların dəstəyi ilə pilot qaydada tətbiqinin və əhalinin bu sahədə maarifləndirilməsinin təşkil edilməsi olmuşdur. Bunun nəticəsi olaraq, 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında qanun” qəbul edilmiş, lakin hazırki pandemiya şəraiti ilə əlaqədar olaraq, Qanunun qüvvəyə minmə müddəti 01 yanvar 2021-ci il tarixədək uzadılmışdır. 3 mart 2020-ci il tarixli Mediasiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi qeydiyyatdan keçərək Mediasiya Şurasının üzvlüyünə qəbul edilmiş və Azərbaycanda ilk dəfə olaraq Mediatorların ilkin hazırlıq kursları baş tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş“Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na uyğun olaraq, bu günədək 5 təlim, 28 qrup olmaqla, ümumilikdə 420 nəfər Ədliyyə Akademiyası tərəfindən distant formada mediatorların ilkin hazırlıq kursuna cəlb edilmişdir. Təlimlərin yekununda Ədliyyə Akademiyası tərəfindən formalaşdırılan Komissiya tərəfindən distant formada kursun yekunimtahanları həyatakeçirilmişdir. İmtahanlarda uğur qazanmış ümumilikdə 354 nəfər Sertifikata layiq görülmüşdür. Hal-hazırda Sertifikata layiq görülən mediatorlardan 236 nəfər Mediasiya Şurasının üzvüdür.Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək Şuranın  fəaliyyəti və yeniliklər barədə danışıb, eləcə də statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Sahibkarlığın inkişafı üçün mediasiyanın tətbiqini təşviq etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Strateji Yol Xəritələri kiçik və orta sahibkarlıq üçün alternativ mübahisələrin həlli mexanizmləri arasında mediasiyanın vacibliyini fərqləndirir və 3 əsas hədəf müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanununun tətbiqi barədə Azərbaycann Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılmış, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılmış və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir. Mediasiya Şurasına bu günə dək daxil olan ümumi müraciətlərin sayı  12.585, Qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tərtib edildiyi üçün qeydiyyata alınaraq, mediatorlar arasında bölünmüş ümumi müraciətlərinsayı 9552 Qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qəbul edilməmiş ümumi müraciətlər sayı 3033. Qəbul edib və mediatorlar arasında bölünən müraciətlərin sayı üzrə, Ailə mübahisəsi üzrə qeydə alınmış müraciət sayı - 8515; Kommersiya mübahisəsi üzrə qeydə alınmış müraciət sayı - 740;Əmək mübahisəsi üzrə qeydə alınmış müraciət sayı - 297 müraciət qeydə alınmışdır.Qeyd edək ki, mediatorların bilik və bacarıqlarının artırılmasına yönələn və bir həftə ərzində davam edəcək təlimlərdə istehlakçıların hüquqlarının müdafiəsi, təbii inhisarlar, istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturunun əsas prinsipləri və bütövlükdə istehlakçı hüquqları prizmasından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri barədə Xidmətin sahə mütəxəssisləri tərəfindən təlim iştirakçılarına ətraflı məlumat veriləcək. Təlimi uğurla bitirən mediatorlara xüsusi sertifikatlar təqdim olunacaq.Tədbirin sonunda Dövlət Xidməti ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.