Xəbərlər

Vəkillər Kollegiyasının Üzvləri Üçün İxtisasartırma Təlimləri Keçirilmişdir

2021-12-20

 20 dekabr tarixində Ədliyyə Akademiyası tərəfindən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Beynəlxalq humanitar hüququn əsasları və bu sahədə pozuntulara dair addımlar” və “Vəkillərin hüquqi yazı bacarıqlarının təkmilləşdirilməsi. Hüquqi yazı texnikası” mövzularında distant formada ixtisasartırma kursu keçirilib.Təlim proqramında nəzərdə tutulan mühazirələr Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquq məsələləri üzrə müşaviri Jalə Əzizova və Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev tərəfindən tədris edilmişdir.İxtisasartırma kursunda təlimçilər tərəfindən Beynəlxalq humanitar hüququn yaranması və mənbələri, münaqişələrin təsnifi, hüquqi yazının anlayışı və təsnifatı və s. mövzular barədə məlumat verilmiş, həmçinin dinləyicilər tərəfindən daxili iğtişaş və qeyri-beynəlxalq silahlı münaqişə arasındakı fərqlər, Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova nümunələri kontekstində müzakilər aparılmışdır.