Xəbərlər

"Qəti Əminik Ki, Ölkəmiz Rəhbərliyinizlə Bundan Sonra da Yeni-Yeni Möhtəşəm Nailiyyətlər Qazanacaq"

2021-12-24

Möhtərəm cənab Prezident!

Sizi – qürur mənbəyimiz olan və hər bir vətəndaşa doğma münasibəti ilə ümumxalq məhəbbəti qazanan dövlətimizin başçısını, xalqımıza Böyük Qələbə bəxş etməklə adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş Müzəffər Ali Baş Komandanımızı 60 illik yubileyiniz münasibətilə bütün ədliyyə işçiləri adından ürəkdən təbrik edirik.

Qəti əminik ki, ölkəmiz rəhbərliyinizlə bundan sonra da yeni-yeni möhtəşəm nailiyyətlər qazanacaq, gündən-günə inkişaf edərək daha da möhkəmlənəcəkdir.

Dərin hörmətlə,

Fikrət Məmmədov,

ədliyyə naziri