Xəbərlər

Doğumun Və Ölümün Qeydə Alınması Üçün Elektron Müraciət Etmək İmkanı Yaradılmışdır

2022-01-12

Vətəndaşlar https://my.gov.az internet saytına daxil olaraq qeydiyyatdan keçməklə və şəxsi kabinet yaratmaqla “myGov” portalı üzərindən doğumun və ölümün qeydə alınması üçün elektron müraciət edə bilərlər.

Əsas: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanı.