Xəbərlər

“Kibercinayətlərlə bağlı məhkəmə işlərində elektron sübutların işlənməsi” mövzusunda distant təlim keçirilib

2022-01-27

Avropa Şurasının Kibercinayətkarlıq üzrə Proqram ofisi (C-PROC)  və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə kibercinayətkarlıq və elektron sübutlar üzrə fikir və biliklərin mübadiləsinə yönəlmiş  ikinci sıra “praktikantlardan praktikaya” seminarlar formasında  təlim keçirilib.  Təlimin məqsədi kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyətin inkişaf etdirilməsi və fəaliyyət planının genişləndirilməsi olub.KUDO platforması vasitəsilə, ingilis dilində keçirilən təlimdə Avropa Şurasının Kibercinayətkarlıq üzrə Proqram ofisinin öncəki tədbirlərində iştirak edən nümayəndələr, həmçinin iştirakçı ölkələrdən olan hakimlər, prokurorlar, tədris müəssisələrinin nümayəndələrinə fikir mübadiləsi üçün geniş imkanlar yaradılıb. Təlim zamanı rus, fransız, ispan, ərəb dillərinə sinxron  tərcümə təmin olunub.Hakimlər, prokurorlar və Ədliyyə Akademiyasının əməkdaşlarının iştirak etdiyi tədbirdə  “Elektron sübutların işlənməsi və standartları” mövzusunda Çili Respublikasının Prokurorluq və Rəqəmsal Sübutlar Bölməsinin rəhbəri Qabriela del Campo məruzəçi qismində çıxış edib. Kosta Rika və Albaniya Respublikalarının müvafiq nümayəndələri elektron sübutlarla bağlı kibercinayətlərə dair öz ölkərinin təcrübələrini bölüşüblər.Keçirilən təlimdə əsas məqsəd dünya miqyasında cəmiyyətlərinin formasiya və kommunikasiya texnologiyalarından asılılığını nəzərə alaraq, hakim və prokurorların lazımi bacarıqlarla təmin edilməsi sahəsində təcrübə mübadiləsi aparmaq olub.

Ədliyyə Akademiyası