Xəbərlər

“Keçid Dövrü Ədalət Mühakiməsi Və İnsan Hüquqları” Mövzusunda HELP Kursunun Onlayn Formada Regional Açılış Tədbiri Keçirilib

2022-02-17

Ədliyyə Akademiyasının Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin hüquqşünasları üçün “Keçid dövrü ədalət mühakiməsi və İnsan hüquqları” mövzusunda  HELP kursunun onlayn formada regional açılış tədbiri keçirilib. Açılış tədbirində Avropa Şurasının ekspertləri, həmçinin distant HELP kursuna cəlb ediləcək Şərq Tərəfdaşlığı ölkələrinin ingilsidilli hüquqşünasları iştirak edib. Tədbirdə açılış nitqi ilə çıxış edən Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Şöbəsinin rəhbəri Eva Pastrana, Avropa Şurasının HELP proqramı (Hüquqşünasların İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) barədə məlumat verib, insan hüquqlarının tədrisinin hüquq mütəxəssisləri üçün əhəmiyyətini qeyd edib. Üzv dövlətlərdə insan hüquqlarının tədrisinə marağın artdığını vurğulayan ekspert, HELP-in naviqasiyası, HELP-dən istifadəyə dair Şərq Tərəfdaşlığı ölkələrinin statistikası və regional səviyyədə həyata keçirilən kurslardan bəhs edib.  Daha sonra, Avropa Şurası HELP Şöbəsinin direktor müavini Ana Medarska – Lazova, “Keçid dövrü ədalət mühakiməsi və İnsan hüquqları” HELP kursunu iştirakçılara təqdim edərək Azərbaycanda əvvəlki HELP kursları üzrə fəaliyyətlərdən bəhs edib, yeni yaradılmış kursların kataloqunu təqdim edib və Azərbaycan dilinə yeni tərcümə olunmuş kursların təqdimatına başlandığını bildirib.  2 ay müddətində kursa moderatorluq edəcək HELP tyutoru İvana Roagna, “Keçid dövrü ədalət mühakiməsi və İnsan hüquqları” HELP platformasında qeydiyyat, kursun strukturu, mövzuya dair tapşırıqlar və kursda istifadə olunan tədris materialları barədə məlumat verib.  Tədbirin sonunda “dəyimi masa”da iştirakçılar özlərini təqdim edərək, HELP təcrübələri və kursdan gözləntilərini ifadə ediblər.

 



 

 

Ədliyyə Akademiyası