Xəbərlər

Ədliyyə Akademiyasında Xocalı Soyqırımı Ilə Bağlı Tədbir Keçirilib.

2022-03-01

Ədliyyə Akademiyasında Xocalı Soyqırımı Ilə Bağlı Tədbir Keçirilib.

Bu il ölkəmizdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilir. Xalqımız bəşəriyyət tarixində törədilmiş ən ağır beynəlxalq cinayətlərdən biri olan Xocalı soyqırımının mənəvi ağrısını qəlbində, həyatında daşısa da, cəmiyyətdəki böyük ruh yüksəkliyi və Müzəffər Ali Baş Komadan cənab İlham Əliyevin rəhbərliyi və güclü siyasi iradəsi ilə qüdrətli ordumuz 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmış, şəhidlərimizin, günahsız insanların, o cümlədən Xocalı qurbanlarının qanı yerdə qalmamışdır. Xocalı soyqırımı ilə əlaqədar Ədliyyə Naziriliyinin Ədliyyə Akademiyasında tədris kursu keçən hakimliyə namizədlərin, Akademiyanın rəhbərliyi və müəllimlərinin iştirakı ilə anım tədbirləri keçirilib. Anım tədbirlərində Akademiyanın müəllimləri tərəfindən XX əsr ərzində Azərbaycan xalqına qarşı törədilmiş bütün beynəlxalq soyqırımların, o cümlədən Bağanis Ayrım, Qaradağlı, Ağdaban, Ballıqaya və digər soyqırımların tarixi barədə prezentasiya təqdim edilib, mövzu ətrafında geniş müzakirələr aparılıb, Xocalı soyqırımının sülh və bəşəriyyət əleyhinə ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib, Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğu vurğulanıb.Tədbir iştirakçıları tərəfindən bəşəriyyətin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı və ermənilər tərəfindən törədilən digər soyqırımların tezliklə öz ədalətli hüquqi qiymətini alacağına əminlik ifadə olunub, vurğulanıb ki, bu gün artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.

 

 

Ədliyyə Akademiyası