Xəbərlər

Vəkillər Kollegiyasının Üzvləri Üçün Ixtisasartırma Təlimləri Keçirilib

2022-03-03


Vəkillər Kollegiyasının Üzvləri Üçün Ixtisasartırma Təlimləri Keçirilib


 

25 fevral tarixində Ədliyyə Akademiyası tərəfindən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsivə “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət qaydaları və edilən son dəyişikliklər” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Təlim proqramında nəzərdə tutulan mühazirələr Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin Strateji planlaşdırma şöbəsinin böyük məsləhətçisi, III dərəcəli ədliyyə qulluqçusu Nərgiz MurquzovaVəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva tərəfindən tədris edilib. İxtisasartırma kursunun birinci hissəsində “Elektron məhkəmə” informasiya sisteminin məqsədləri, sistemin tətbiqi və s. barədə məlumat verilib, səhvən elektron kabinetə yüklənmiş sənədlərin qaytarılması və silinməsi, “Elekton məhkəmə” informasiya sisteminə qoşulmayan məhkəmələrin sistemə qoşulması, vəkilə etibarnamə vermədən sənədlərin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsi səbəblərinin nümunələri kontekstində müzakirələr aparılıb. Təlimin ikinci hissəsi isə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət zamanı ərizənin doldurulma qaydaları, müraciətlə bağlı edilən son dəyişikliklərə həsr olunub və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət müddətinin qısaldılması və s kimi məsələlər müzakirə edilib.