Xəbərlər

Ədliyyə Naziri Şəmkirdə Vətəndaşları Qəbul Edəcək

2022-05-17

 

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov mayın 19-da Şəmkir rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 2, əlaqə telefonları: (+994 22) 305-82-50, (+994 50) 514-14-10), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.