Xəbərlər

“Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası

2022-06-01


Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndinə əsasən yaradılmış işçi qruplarından biri olan “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna Ədliyyə Nazirliyi tərəfindən rəhbərlik edilir.

İşçi qrupunun növbəti iclasının 03.06.2022-ci il tarixində saat 15:00-da video-konfrans formatında keçirilməsi nəzərdə tutulur. İclasda İşçi qrupunun 2021-ci il üzrə fəaliyyət planının monitorinqinin nəticələrinin və 2022-ci il üçün fəaliyyət planına daxil edilməsi ilə bağlı verilmiş təklif və tövsiyyələrin müzakirəsi əsasında fəaliyyət planının layihəsinin müzakirəsi aparılacaq.

İclasda iştirak etmək istəyən maraqlı şəxslər Komissiyanın interneti saytının (“Azranking.az”) “Rəqəmsal təqvim” bölməsində yerləşdirilmiş iclasın gündəliyi (https://azranking.az/public/images/agenda_03.06.2022_15.00.docx) ilə tanış ola bilər və “Təklif göndər” onlayn xidməti vasitəsilə təkliflər (və ya layihələr) verə bilər. Təklifi (və ya layihəni) təqdim etmiş şəxs müvafiq qaydada İşçi qrupunun iclasında iştirak üçün dəvət edilə bilər.