Xəbərlər

Ədliyyə Naziri Lənkəranda Vətəndaşları Qəbul Edəcək

2022-06-06

 

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyunun 8-də Lənkəran şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi, 1, əlaqə telefonları: (+994 25) 254-26-72, (+994 50) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.