Xəbərlər

Ədliyyə Naziri Ağsuda Vətəndaşları Qəbul Edəcək

2022-07-04


Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyulun 6-da Ağsu şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 30, əlaqə telefonları: (+994 20) 274-30-41, (+994 50) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.