Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA AZƏRBAYCAN RESPUBLİKASININ PROKURORLUQ ORQANLARINA İLK DƏFƏ QULLUĞA QƏBUL EDİLƏN NAMİZƏDLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ BURAXILIŞI MƏQSƏDİLƏ İCBARİ TƏLİM KURSU BAŞLAMIŞDIR

2014-08-27

27.08.2014-cü il tarixdə Ədliyyə Akademiyasında Azərbaycan Respublikasının Prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən 71 nəfər namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin başlanması ilə əlaqədar tədbir keçirilmişdir.

 

Tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən E. Xələfov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi B. Mahmudov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəhbəri, Ədliyyə Akademiyasının Prokurorluq fəaliyyəti üzrə peşəyə buraxılış fakültəsinin dekan əvəzi N. Bayramov namizədlər qarşısında çıxış etmişlər.

 

Qeyd olunmuşdur ki, prokurorluq orqanlarına namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə təşkil olunan icbari təlim 27.08.- 19.09.2014-cü il tarixdə təşkil olunacaqdır. Icbari təlimin proqramı Baş Prokurorluq və Ədliyyə Akademiyası ilə birgə hazırlanmaşdır. Əvvəlki illərdən fərqli olaraq, proqram əhəmiyyətli dərəcədə yenilənmiş, ona əsasən təcrübi əhəmiyyət kəsb edən mövzular daxil edilmişdir. Proqramda prokurorluq fəaliyyətinin konstitusion, maddi və prosessual əsasları, insan hüquqları üzrə avropa hüququ, prokuror etikası və s. mövzulara xüsusi diqqət yetirilmişdir. Proqram çərçivəsində namizədlərin Azərbaycan Respublikası Ali Məhkəməsinin, cəzacəkmə müəssisələrinin fəaliyyətilə tanışlıq da nəzərdə tutulur.  

 

 

Təlimə mühazirəçi qismində Ədliyyə Akademiyasının, Baş Prokurorluğun və Məhkəmə Ekspertizası Mərkəzinin təcrübəli əməkdaşları cəlb olunmuşlar. Həmçinin tədbirdə bildirilmişdir ki, prokurorluq orqanlarının əməkdaşları daim öz üzərlərində işləməli və bilik səviyyələrini mütəmadi olaraq artırmalıdırlar.