Xəbərlər

Bələdiyyələr tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən qayğı “Anım günü” münasibəti ilə də davam etdirilmişdir

2022-09-28


Bələdiyyələr tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən qayğı “Anım günü” münasibəti ilə də davam etdirilmişdir

 

Səbail bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində yaşayan 10 şəhid ailəsinin və 68 nəfər müharibə iştirakçısının hər birinə baş çəkilmiş, onların qayğıları ilə maraqlanılmış, bələdiyyə büdcəsi hesabına hər birinə ərzaq sovqatı verilmiş və şəhidlərin məzarları ziyarət edilərək üzərlərinə əklil qoyulmuşdur.

Badamdar bələdiyyəsi tərəfindən şəhid ailələri ziyarət olunmuş, “Anım günü” ərəfəsində 7 şəhidin yaşamış olduqları ünvanlarda barelyefləri vurularaq açılış mərasimləri keçirilmişdir.

Nəsimi bələdiyyəsinin nümayəndələri tərəfindən İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunaraq gül çələngləri qoyulmuş, ərazidə yaşayan 24 şəhid ailəsinin ünvanına üzərinə şəhidin adı həkk olunmuş gül dibçəkləri göndərilmişdir.

Yasamal bələdiyyəsi tərəfindən “Anım günü” ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunmuş və bələdiyyə tərəfindən 500 nəfərdən çox şəxsin iştirakı ilə ehsan verilmişdir.

Nərimanov bələdiyyəsi tərəfindən 26.09.2022-ci il tarixdə bələdiyyənin inzibati binasında şəhid ailələri ilə görüş keçirilmiş, çay süfrəsi təşkil olunmuş, şəhid övladlarına hədiyyələr təqdim edilmişdir. “Anım günü”ndə şəhid ailələri ziyarət olunaraq onlara maddi yardım edilmiş, İkinci Fəxri Xiyabanda şəhid məzarları üzərinə əklil və güllər qoyulmuş və 220 nəfərin iştirakı ilə ehsan süfrəsi təşkil olunmuşdur.

Xətai bələdiyyəsi tərəfindən ərazidə yaşayan şəhid ailələri ziyarət edilmiş, onlardan ehtiyacı olan 2 ailəyə maddi yardım edilmiş, şəhidlərin məzarları ziyarət edilərək önünə əklillər qoyulmuş və bələdiyyə tərəfindən təşkil edilmiş ehsan süfrəsində 500 nəfərə ehsan verilmişdir.

Binəqədi bələdiyyəsi tərəfindən ərazidə yaşayan 11 şəhid ailəsi ilə görüşülmüş, onlara maddi yardım edilmişdir.

Rəsulzadə bələdiyyəsi tərəfindən ehsan məclisinin verilməsinə maddi yardım edilmiş və Vətən müharibəsi qazisi Nicat İsmayılovun müalicə xərclərinin ödənilməsinə köməklik göstərilmişdir.

Keşlə bələdiyyəsi tərəfindən “Anım günü” ilə bağlı şəhidlərin anım mərasimi keçirilmiş, 9 şəhid və Vətən müharibəsi iştirakçısının ailəsinə maddi yardımlar edilmişdir.

Sabunçu bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində yaşayan 9 şəhid ailəsi ilə görüşülmüş və onlara maddi yardım edilmişdir.

Bakıxanov bələdiyyəsi tərəfindən təşkil edilmiş ehsan süfrəsində şəhid ailələri və müharibə iştirakçıları daxil olmaqla 300-ə yaxın şəxs iştirak etmişdir.

Buzovna bələdiyyəsinin nümayəndələri tərəfindən ərazidə yaşayan 25 şəhid ailəsi və qazilər ziyarət edilmiş, onların hər birinə ərzaq sovqatı verilmişdir.

Mərdəkan bələdiyyəsinin nümayəndələri tərəfindən qəsəbə ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilərək şəhidlərin əziz xatirəsi yad olunaraq ərazidə yaşayan şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının evlərinə gedilmiş və maddi yardım göstərilmiş, onlardan 1 nəfərin evində təmir işləri aparılmışdır.

Qala bələdiyyəsi tərəfindən qəsəbə ərazisində inşa edilmiş Şəhidlərin xatirə abidəsinin önündə bələdiyyə nümayəndələrinin iştirakı ilə anım mərasimi təşkil edilərək şəhidlərin əziz xatirəsi yad edilmiş, onların məzarları ziyarət olunmuşdur.

Binə bələdiyyəsi tərəfindən 12 nəfər Vətən müharibəsi şəhidinin ailəsi və qazilər ziyarət edilərək onlara sovqat verilmiş, şəhidlərin məzarları ziyarət edilərək əklil və güllər qoyulmuşdur.

Sabunçu bələdiyyəsinin iştirakı ilə ehsan süfrəsi təşkil edilmiş, qəsəbə ərazisində yaşamış olan 9 şəhidin ailəsi ziyarət olunaraq onlara ərzaq sovqatı verilmişdir.

Ələt bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilərək məzarların üzərinə əklil və güllər qoyulmuş, bələdiyyənin təşkilatçılığı ilə ərazidə yaşayan 3 şəhid ailəsinin hər birinin evinin qarşısında salınmış abad guşələrdə anım mərasimləri təşkil edilmişdir. Həmçinin Şəhidlər Xiyabanında abadlıq işləri aparılaraq qurumuş ağaclar yenisi ilə əvəz edilmiş, işıq dirəyi basdırılmış və günəş enerjisi ilə işləyən işıqverən panel qoyulmuşdur.

Qaradağ rayonunda yerləşən digər bələdiyyələrin nümayəndələri şəhid ailələrini ziyarət etmiş və onlarla birlikdə anım mərasimi keçirmişlər.