Xəbərlər

Bələdiyyə Nümayəndələri üçün “mobil E-qanun” Tətbiqinin Təqdimatı Keçirilib

2022-10-07


 

Bələdiyyə Nümayəndələri üçün “mobil E-qanun” Tətbiqinin Təqdimatı Keçirilib

 

Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq müasir texnologiyalar və rəqəmsal innovasiyalar tətbiq olunmaqla əhaliyə elektron və mobil ədliyyə xidmətləri göstərilir.

Ədliyyə Nazirliyi tərəfindən aparılan və daim yenilənən “Hüquqi aktların vahid elektron bazası” (E-qanun.az) əhalinin normativ aktlar barədə məlumatlandırılmasına və hüquqi biliklərinin artırılmasına, qanunvericilikdəki yeniliklərlə rahatlıqla tanış olmasına xidmət edir.

Vətəndaşlar həmçinin “E-qanun” elektron resursunun mobil tətbiqindən də asanlıqla və rahatlıqla bəhrələnirlər.

Nazirlik tərəfindən həmin innovativ xidmətin əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılması məqsədilə təqdimatlar davam etdirilir. Bununla bağlı Bələdiyyələrlə iş mərkəzində bütün bələdiyyə nümayəndələrinin iştirakı videoformatda tədbir keçirilib, “mobil E-qanun” tətbiqinin mahiyyəti aşılanıb, funksional imkanları nümayiş etdirilib.