Xəbərlər

Ədliyyə Akademiyasında Zəfər Gününə Həsr Olunmuş Tədbir Keçirilmişdir

2022-11-05


Azərbaycan Respublikasının  Prezident İlham Əliyevin imzaladığı 3 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən keçirilən tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında  Zəfər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açıq elan edən  Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev bir dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsini yad edərək,  ordumuzun keçdiyi döyüş yolarına nəzər salmış, onların göstərmiş olduğu qəhrəmanlıqlardan söz açmışdır.

 Şahin Əliyev bildirmişdir ki,  44 günlük vətən müharibəsində qalib gəlməyimizin əsası səbəbi ümummilli lider  Heydər Əliyevin uğurlu siyasəti ilə qoyulan, İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi dəyanıqlıq və nizam-intizamlı ordu quruculuğu olmuşdur.

 Şahin Əliyev həmçinin müxəlif tarixi dövrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri beynəlxalq hüquqa zidd cinayətlərdən söz açmış, bu hüquqa zidd əməllərin 44 günlük vətən müharibəsi dövründə də  davam etdiyini bildirmişdir.

 

Daha sonra Akademiyanın əməkdaşlarının məruzələri dinlənilmiş və sonda akademiyanın rektoru  bütün əməkdaşları və xalqımızı Zəfər Günü münasibətilə təbrik etmişdir.