Xəbərlər

Ədliyyə Akademiyasında “Qanunvericilik Texnikası” Kursu Başlamışdır

2022-11-10


Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən hərtərəfli sosial-iqtisadı islahatlar dövrundə yeni hüquqi tənzimləməni təmin edən normayaratma prosesinin əhəmiyyətinin artılıması, dövlət orqanlarının  bu sahədəki fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, sənədlərin razılaşdırılması və onlara dair rəy və təkliflərin verilməsi işinin təkmilləşdiriməsi  istiqamətində mühüm addımlar atılır.

Qeyd edilənlər nəzərərə alınaraq, Ədliyyə Akademiyasında “Qanunvericilik texnikası”, “Normativ hüquqi aktların şərhi” adlı yeni kurslarının keçirilməsi nəzərdə tutulub.

10 noyabr tarixində “Qanunvericilik texnikası” kursunun açılış tədbiri keçirilmişdir. Tədbirdə  mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, səhmlərinin  (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin normayaratma fəaliyyəti ilə məşğul olan  25 nəfərdən ibarət  hüquqşünası iştirak etmişdir.

Tədbirdə mühazirəçi qismində çıxış edən h.ü.f.d. Səfa Mirzəyev qanunvericilik texnikası kursunun mövzusu, məzmunu və strukturu, hüquqi təhsil fənnləri sistemində qanunvericilik texnikasının yeri, öyrənilməsinin məqsədi, vəzifələri və metodologiyası barədə  məlumat vermişdir. Daha sonra müdavimlər kursun proqramına uyğun olaraq mühazirə dinləmişlər.

Eyni zamanda, kurs iştirakçılarına bildirilmişdir ki, onlar Ədliyyə Akademiyasının rektoru Şahin Əliyevin müəllifliyi ilə dərc edilmiş dərs vəsatləri ilə Akademiyanın kitabxanasında tanış  ola bilərlər.

Qeyd edilən kursların mütəmadi olaraq Ədliyyə Akademiyasında keçirilməsi nəzərdə  tutulur.