Xəbərlər

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqənin nəticələri üzrə namizədlər icbari təlimə buraxılmışlar

2022-11-10

 

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulmuşdur.

Nazirliyin bölgələrdə yerləşən qurumları üzrə test imtahanından uğur qazanmış namizədlərlə müsabiqənin ikinci mərhələsində cari ilin avqust-oktyabr aylarında fərdi qaydada aşkarlıq şəraitində söhbət aparılmışdır.

Bu mərhələdə iştirak etmiş 61 namizəddən 30 nəfər nəticələrə görə zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların noyabr ayının 14-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir.

İcbari təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.

Namizədlər icbari təlimdə iştirakla bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:

1.

Abbasova Rəmziyə İsmayıl qızı

2.

Ağakişiyeva Zülfiyyə Elxan qızı

3.

Aslanova Qönçə Malik qızı

4.

Cavadova Şəlalə Bəhruz qızı

5.

Dəmirov Eyyub Teyyub oğlu

6.

Əkbərzadə Mütalib Bayram oğlu

7.

Əliyev İlham Seyfəddin oğlu

8.

Heydərli Şaiq Abisalam oğlu

9.

Həmidov Asif Qardaşxan oğlu

10.

Həsənova Səfa Əbülfəz qızı

11.

Hümbətova Validə Hafiz qızı

12.

İbrahimova Şəfiqə İbrahim qızı

13.

İsrəfilov Nicat Hafiz oğlu

14.

Kərimov Sabir Əlikram oğlu

15.

Mahmudov Nicat Faiq oğlu

16.

Mansurov Elvin Vidadi oğlu

17.

Məlikov Orxan Hüsaməddin oğlu

18.

Məlikova Aynur Müşfiq qızı

19.

Məmmədov Hacıbaba Sahib oğlu

20.

Mikayılzadə Lalə Səfər qızı

21.

Mirzəyev Pərvin Əbil oğlu

22.

Musalı Hüseyn Hicran oğlu

23.

Mustafayev Neymət Əlisəfa oğlu

24.

Rüstəmli Güllüzar Novruz qızı

25.

Sadıqova Ülviyyə Rəhman qızı

26.

Səmədov Əlibala Rafiq oğlu

27.

Şəldiyev Mikayıl Nəsimi oğlu

28.

Yusifova Aysel Aydın qızı

29.

Zamanova Günel Fariz qızı

30.

Zeynalov Həsən Elçin oğlu

Eyni zamanda Müsabiqə Komissiyası xatırladır ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları ərizə ilə müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanları keçiriləcəkdir.

Ətraflı məlumatı Nazirlikdən əldə etmək olar (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az).